Tikantəpədə Şəhər Şurasının sədri Hüseyn Mikaili 8 il həbsə məhkum edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Tikantəpə şəhərində kürd terrorizmi tərəfdarı olan Şəhər Şurasının sədri Hüseyn Mikaili “Rüşvət, mənimsəmə və saxtakarlıq” ittihamı ilə vəzifəsindən çıxarılıb cərimə edilməklə 8 il həbsə məhkum edilib.

Tikantəpədəki Cinayət Məhkəməsinin 102 saylı şöbəsi Hüseyin Mikaili və onun ortaqlarından birinin korrupsiya ilə bağlı məhkəmə işinə qərar çıxarıb.

Qərarda bildirilir ki, hazırda Tikantəpə Şəhər Şurasının sədri olan Hüseyin Mikaili 2018-ci ilin iyul ayında tutulub və girov müqabilində zaminə buraxılıb.

Hüseyin Mikaili və ortağı üçün “Rüşvət, mənimsəmə və dələduzluq” ittihamı ilə “8 il həbs cəzası ilə yanaşı, dövlət işindən daimi azad edilmə və varidatından mənimsədiyi miqdarın iki qatının müsadirə edilməsi” istənilib.

Qeyd edək ki, 2018-ci ilin sentyabrında Urmiyanın İnqilab və Ümumi Prokurorluğunun İstintaq bölməsinin 4 saylı şöbəsi Tikantəpə Şəhər Şurasında korrupsiya və geniş yayılmış qanun pozuntuları barədə qərar çıxarıb, Hüseyn Mikailini rüşvət və qanunsuz mənimsəmədə məsələsində ittiham etmişdi.

2018-ci ilin noyabr ayında Qərbi Azərbaycanda Ali Məhkəmə Qərbi Azərbaycan valisinə, Qubernatoruna və Tikantəpə bələdiyyəsinə “Hüseyn Mikaili”nin ittiham aktını elan edərək “Rüşvət, mənimsəmə və saxtakarlıqla əlaqədar cəzanın ağırlaşdırılması haqqında qanunun 7-ci maddəsinin tətbiq edilməsinə” çağırmışdı.

Lakin kürd terrorizminin tərəfdarı olan valinin himayəsi ilə bütün bu ittihamlara baxmayaraq kürd terrorizmi tərəfdarı olan Mikaili valilik və Şəhər Şurasında öz fəaliyyətini davam etdirib. Daha sonra isə bu cinayətkar kürd Şəhər Şurasının sədri təyin edilib.

Hüseyn Mikailinin məhkəmə işi illərdir davam edib. Lakin o  rüşvət verməklə və rejimin Qərbi Azərbaycana təyin etdiyi kürd valinin himayəsi ilə özünə qarşı irəli sürülən ittihamlardan yaxa qurtarmağa çalışıb.

Həmin kürd vasitəsilə pozuntuların baş verdiyi ərazilərin dəyəri 600 milyard tüməndən (25 milyon dollar) çoxdur.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın Tikantəpə (Tekab) şəhərində yerli olmayan kürdləri, o cümlədən Hüseyn Mikalini vəzifəyə gətirdiyi üçün, onlar bu şəhərdə PJAK terror təşkilatının simvolunu şəhərin mərkəzində quraşdırmışdılar. Bu isə azərbaycanlıların etirazı ilə qarşılaşmışdı. Lakin rejim həmin azərbaycanlı fəalları da cəzalandırmağa çalışmışdı.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın