Çərşənbə axşamı , Aprel 14 2026
azfa

Yunanistan Türkiyə sualtı gəmilərini özünə ciddi təhlükə hesab edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yunanıstanın “Pentapostagma” qəzetində yayılan xəbərdə Türkiyə sualtı gəmilərinin Yunanistan üçün təhlükə olduğu vurğulanıb.

Türk sualtı qayıqları çox güman ki, quruda və havada hədəflərə hücum etmək imkanları qazanacaq və təkcə Yunanıstan donanması üçün deyil, həm də yunan ordusu üçün ciddi təhlükə yaradacaq.

“Türkiyə sualtı qayıqdan “Atmaca” və “Gəzgin” raketlərini sınaqdan keçirməyə hazırlaşır”, – məlumatda bildirilib.

Qeyd edək ki, 220 kilometrlik mənzilə sahib olan “Atmaca”nın uçuş məsafəsinin 250 km-ya qaldırılacağı gözlənilir. “Atmaca” idarəolunan raketdir və hədəfi dəyişə bilir.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …