Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Yunanlar Türkiyə qayığına atəş açdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Egey dənizində Yunanıstan qüvvələri 2 türk balıqçı qayığına atəş açıb.

Hadisə zamanı 1 nəfər yaralanıb. Türkiyənin Sahil Mühafizə Xidmətinin məlumatına görə, hadisə Xios və Qaraburun adaları arasında baş verib.

Balıqçıların kömək çağırışından sonra dərhal əraziyə Türkiyənin Sahil Mühafizə Xidmətinin 2 qayığı cəlb edilib. Lakin türklər gələnə qədər yunanlar aradan çıxıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …