Bazar ertəsi , Avqust 31 2026
azfa

İran rejimi azərbaycanlı fəalın iş fəaliyyətinə mane olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycan əyalətinin Marağa şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Muxtar İbrahiminin iş fəaliyyətinə mane olmaqla ona təzyiq göstərir.

Muxtar İbrahimi bununla bağlı sosial şəbəkələrdəməlumat paylaşaraq, bildirib ki, İctimai və Ticarət Yerlərinə Nəzarət İdarəsi İranın təhlükəsizlik xidmətinin göstərişini yerinə yetirərək, ona sahibkarlıq icazəsi vermir.

Azərbaycanlı fəal bildirib ki, o iki aydır bütün idari və qanuni prosedurları keçdiyinə, istənilən rüsumları ödəməsinə baxmayaraq, ona iş və sahibkarlıq icazəsi verilmir, beləliklə ailəsi gəlir qaynağından məhrum saxlanılıb.

Muxtar İbrahimi iş icazəsinin verilməsi üçün onun qarşısında şərt qoyularaq siyasi, ictimai və mədəni fəaliyyətlərinin dayandırılmasının istənildiyini deyib.

Qeyd edək ki, tanınmış azərbaycanlı fəal Muxtar İbrahimi politologiya üzrə mütəxəssis və nüvə fizikası öyrəncisidir. Fəal bundan öncə dəfələrlə mədəni fəaliyyətlərinə görə İran rejimi tərəfindən yaxalanaraq, təzyiqlərə məruz qalıb.

İbrahimi bir müddət öncə Marağa şəhərində rejimin İnqilab Məhkəməsi tərəfindən  “Hökumətə qarşı qrup yaratmaq və sosial mediada müxalif qruplara üzv olmaq” ittihamı ilə mühakimə olunaraq 10 il həbsə məhkum edilmişdi.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə 30 Avqust –Türkiyənin Zəfər Bayramı tədbirində- Video

GADTB: Bu gün 30 Avqust – Türkiyənin Vətən müharibəsində işğalçılara qarşı qazandığı möhtəşəm Zəfər Bayramı …

Azərbaycanlı fəal Hüseyn İsmayıli məhkəməyə çağırılıb

GADTB: Azərbaycanlı fəal Hüseyn İsmayıli Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən göndərilən bildirişlə məhkəməyə çağırılıb. …