Çərşənbə , Sentyabr 23 2026
azfa

İranla Ermənistanın polisi də qarşılıqlı fəaliyyətlərini gücləndirir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran polisinin rəis müavini Tehranda Ermənistan polis rəisinin müavini polkovnik Aram Hovanesyan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı o, iki dost və qonşu ölkə olan İran və Ermənistanın xalqları və rəsmiləri arasında mövcud olan zəngin mədəni, tarixi və sıx əlaqələrin olduğunu bildirərək deyib: Biz sizinlə polis fəaliyyətinin müxtəlif sahələrində daha çox qarşılıqlı əlaqənin yaranacağına ümid edirik.

İranın qonşu ölkələrlə, xüsusilə də Ermənistanla yaxşı münasibətlərinin inkişaf etdiyini vurğulayan general Qasım Rzayi əlavə edib: Müştərək polis məsələləri üzrə qarşılıqlı əlaqələri daha da möhkəmləndirmək bizim üçün çox vacibdir.

O iddia edib: Bölgədə əmin-amanlığın olmamasına baxmayaraq, İranda tam təhlükəsizlik bərqərar edilib və biz əmniyəti pozanların heç bir hərəkətinə imkan verməyəcəyik.

Görüşdə Ermənistan polisinin rəis müavini də göstərdikləri qonaqpərvərliyə görə iranlılara təşəkkürünü bildirib.

Qeyd edək ki, özəlliklə son vaxtlarda İran və Ermənistan hökumətləri arasında demək olar ki, bütün sahələrdə sıx əməkdaşlıq cəhdləri müşahidə edilir. Özlərini məzlumların qoruyucusu adlandıran İran rejiminin nümayəndələrinin Xocalı qatilləri ilə çiyin-çiyinə verməsi düşündürücü olmaqla yanaşı, həm də dərin təəssüf doğururur. Bu cür addımlar əslində onların məzlumların deyil, işğalçıların sırasında dayandığını göstərən ən bariz nümunələrdir.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …