GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yüzlərlə həkim və tibb işçisi İran prezidenti Məsud Pezeşkiana müraciət edərək, molla rejimin həbs etdiyi azərbaycanlı həkim Həmid Qarahəsənli və həyat yoldaşı Fərzanə Qarahəsənlini azadlığa buraxmağa çağırış ediblər.
Məktubla mmüraciət edən həkim və tibb işçiləri azərbaycanlı cütlüyə qarşı irəli sürülən ittihamların əsassız və onlara verilən cəzanın ədalətsiz olduğunu vurğulayıblar.
Qeyd edək ki, Həmid və Fərzanə Qarahəsənli cütlüyü İranda 2022-ci il xalq etirazlarında çolla rejimin ETTELAAT hökumət qüvvələri tərəfindən öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdikdən bir gün sonra radikal və yarıhərbi “Bəsic” üzvünün öldürülməsinə görə saxta ittihamla həbs ediliblər.