Çərşənbə , Oktyabr 14 2026
azfa

Zəngəzur dəhlizi yüksək gəli gətirəcək

GADTB: Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin inşası ilə dəhliz tam gücündə fəaliyyət göstərəcək. Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib.

Uraloğlu bildirib ki, Azərbaycanın strateji əhəmiyyət daşıyan nəqliyyat layihələrindən biri olan Zəngəzur dəhlizindən 30 illik perspektivdə 147,6 milyard lirəlik iqtisadi qazanc təmin ediləcək.

“Dəhliz vasitəsilə 15 milyon ton yük daşınacaq, vaxt, yol baxımı, qəzaların azalması və iqlim faydaları ilə birlikdə böyük iqtisadi səmərə əldə olunacaq. Bu layihənin Orta Dəhlizə güclü dəstək verəcəyini və dəniz nəqliyyatı ilə müqayisədə ciddi vaxt qazancları təmin edəcəyini vurğulayıb. Dəhliz Türk dünyasına və Uzaq Şərq bazarlarına ən qısa çıxış yolunu formalaşdıracaq”.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …