Bazar ertəsi , İyun 15 2026
azfa

Zaminə buraxılması ləngidilən azərbaycanlı fəalı Səhənd Məalının ailəsi hədələndi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimin Sarabda yerləşən məhkəməsi azərbaycanlı fəalı Səhənd Məalının zaminə buraxılması üçün 30 milyon tümənlik vəsiqə təyin etsə də, fəalın zaminə buraxılmasına maneələr törədilir. Üstəlik rejimin məhkəməsinin müstəntiqi fəalın ailə üzvlərini həbslə hədələyib.

Azərbaycanlı fəal hal-hazırda qanunsuz olaraq Sarab zindanında saxlanılır.

Qeyd edək ki, iyul ayının 5-də irqçi fars rejimin təhlükəsizlik qüvvələri Sarab şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Səhənd Məalinin ata evinə hücum çəkərək onu saxlayıblar. Məmurlar məhkəmə hökmü təqdim etmədən evdə və fəalın atasının iş yerində axtarış aparıb. Məalı ailəsini təhdid edən təhlükəsizlik qüvvələri, azərbaycanlı fəala aid bir sıra şəxsi əşya, o cümlədən kompüterini özləri ilə götürüblər.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …

Bir cavab yazın