Zelenski Türkiyə ilə Ukraynanın birgə təyyarə istehsal edəcəklərini deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Türkiyə ilə Ukrayna 2023-cü ilə qədər prioritet investisiya layihəsi siyahısını təsdiqlədi. Bura infrastruktur, hava limanı və nəqliyyat kimi hərtərəfli layihələr daxildir”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirilən birgə mətbuat konfransında bu fikirləri bildirib.

“Türkiyə ilə Ukrayna arasında Azad Ticarət Sazişinin imzalanması ikitərəfli ticarətimizi liberallaşdırmaqla mümkün olacaq”, deyə bildirən V.Zelenski bu addımların nə qədər böyük məsuliyyət olduğunu və hər iki tərəfin milli maraqlarına uyğun olmasının vacibliyini qeyd edib: “Bu səbəbdən cənab Ərdoğanla vacib sazişin imzalanmasına imkan verəcək kompromislər barədə razılığa gəldik”.

Enerji sahəsində əməkdaşlığa dair hər iki ölkənin razılığa gəlindiyini qeyd edən Ukrayna Prezidenti Türkiyə ilə ortaq təyyarə istehsal ediləcəyini də qeyd edib: “Müdafiə sənayesi strateji tərəfdaşlığımızın hərəkətverici qüvvəsidir. Təyyarə istehsalındakı əməkdaşlığımızı da müzakirə etdik, sözügedən sahə hər iki ölkə üçün vacibdir”.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …