İrqçi fars rejimi Dünya Azərbaycanlıların Həmrəylik Gününü təhrif edir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, İrqçi fars rejimi hər vasitə ilə Azərbaycanın və türk millətinin qanlı düşməni olduğunu sübut etməyə davam edir. Rejim Azərbaycana zərbə vurmaq üçün hər növ təhrifə və rəzalətə getməyə hazırdır. Belə ki, son illərdə irqçi fars rejiminin göstərişi ilə Dünya Azərbaycanlıların Həmrəylik Gününü və ümumiyyətlə Azərbaycan həqiqətləri və tarixi təhrif edir. Arazın hər iki tayında yaşayan Azərbaycan türk millətinin pak hislərini lağa qoyub, təhrif edirlər. Fars rejimi 31 Dekabrda Azərbaycanlıların sərhəd maneələrini sökməsini azərbaycanlıların bir-birinə qovuşması kimi yox, bəklə Şimali Azərbaycanın İrana qaytıması və qovuşması kimi qələmə verirlər.

İrqçi fars rejiminə bağlı saytların yazdığına görə, “19 Yanvar Dünyan Müsəlman Azərilərinin Günü seyid Həsən Amilinin çıxışı ilə Ərdəbil vilayətində, eləcə də başqa şəhərlərdə qeyd ediləcək.

İrqçi fars rejimin saytları həqiqətləri təhrif edərək, yazırlar: “1990-cı il yanvar ayının 19 SSRİ dağılarkən azərbaycanlılar tarixi vətəni İrana, eləcə də islama və şiəçiliyə qayıtmaq məqsədilə İran sərhədlərinə hücum etdilər. Onlar “Allah Əkbər” və “Lailahə İlləllah” şüarı ilə sərhəd maneələrini sökdülər, İran ərazisinə daxil olub, ana yurdları İran torpağını öpdülər. Məscidlərə gedib namaz qıldılar. Bu azərbaycanlıların İran və islama qaydışında dönüş nöqtəsi oldu”.

Qeyd edək ki, bu irqçi fars rejiminin Azərbaycan türk milləti və onların həmrəylik gününə qarşı düşmənçiliyinin son həddə çatdığını göstərir.

Həmçinin yoxlayın

Molla rejimi həbs eydiyi azərbaycanlı milli fəalın həyat yoldaşını da ETTELAAT İdarəsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi mayın 15-də Kərəc şəhərində həbs …

Türkiyənin Avropada ikinci güclü orduya malik olduğu açıqlamndı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Ordusunun Avropada ikinci və NATO-da üçüncü ən …

Bir cavab yazın