Çərşənbə , May 8 2024
azfa

Yaxalanan azərbaycanlı fəal Mehdi Kuxian zindana köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Məlikan şəhərində yerləşən Ettelaat İdarəsinin məmurları aprelin 8-də yaxaladıqları “Şəhrei xəbər Məlikan” Teleqram kanalının müdiri azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxianı aprelin 13-də zindana köçürüblər.

Azərbaycanlı fəal zindana köçürüldükdən sonra aclıq aksiyasını dayandırıb.

Qeyd edək ki, azərbaycanlı fəal Mehdi Kuxian aprelin 9-da, yaxalanandan bir gün sonra aclıq aksiyasına başlamışdır. O bu barədə ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq, bu barədə məlumat vermişdir.

M.Kuxianın yaxınlarının dediyinə görə, azərbaycanlı fəalın yaxalanması Məlikanın millət vəkili Salman Xudadadinin müdaxiləsi və sifarişi ilə baş verib.

Həmçinin yoxlayın

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən …

Azərbaycanlı məhbusun həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəcin Qızıl Hisar zindanında həbsdə …

Bir cavab yazın