Çərşənbə , May 8 2024
azfa

Yunanıstan Türkiyənin Liviya ilə uğurlu sazişini pozmaq üçün hər növ düşmənçiliyə əl atır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yunanıstan Türkiyənin Liviya ilə uğurlu sazişini pozmaq üçün hər növ düşmənçiliyə əl atır.

Məsələyə toxunan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Aralıq dənizində səhaliyyət sahələrinin məhdudlaşdarılmasına dair Türkiyə ilə razılaşma sənədi imzalayan Liviyanın Afina səfirini ölkədən çıxarma qərarı qəbul edən Yunanıstanın təhdidlərinə boyun əyməyəcəyini söyləyib.

Çavuşoğlu İtaliyanın paytaxtı Romada mətbuat mənsublarına açıqlamasında deyib:

“Liviyanın Yunanıstan səfirini ölkədən çıxarma qərarına gəlməsi qəbul edilməzdir. Bir ölkəni təhdid etmək düzgündürmü? Bu gizli bir şey deyil. Bizim Məclisimizdə qəbul edilən bir sənədin gizli qalması mümkündürmü? Liviyaya zəng edib “O sənədi mənə göndərməsən səfirini ölkədən çıxaracağam” söyləsən Liviya belə bir şəyə baş əyməz. Adam kimi istəsəydilər Liviya da verərdi, biz də”.

3-5 dekabr tarixlərində İngiltərənin paytaxtı Londondakı NATO üzvü ölkə liderlərinin Alyansın gələcəyilə əlaqədar iki müdafiə planına da toxunan Çavuşoğlu terror təşkilatı PKK-nın Suriyadakı qolu olan YPG-nin təhdid kimi qəbul etdiyi Türkiyə planı yayımlanmadan Baltiqyanı ölkələrlə əlaqədar planın da qətiyyətlə yayılmayacağını vurğulayıb.

Həmçinin yoxlayın

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən …

Azərbaycanlı məhbusun həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəcin Qızıl Hisar zindanında həbsdə …

Bir cavab yazın