Çərşənbə axşamı , Oktyabr 3 2023
azfa

Əkbər Azadla azərbaycanlı milli fəallar Ərdəbildə görüş keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, həbs cəzasından sonra sürgünə göndərilməsi barədə qərar çıxarılan tanınmış azərbaycanlı milli fəal Əkbər Azadla Ərdəbildə azərbaycanlı milli fəallar arasında görüş keçirilib.

Tehranda yaşayan azərbaycanlı milli fəal Əkbər Azad sürgünə getmədən öncə Ərdəbildə Abbas Lisaninin qonağı olub.

Ggörüşdə azərbaycanlı milli fəal və keçmiş siyasi məhbusla Güney Azərbaycandakı mədəni məsələlər və ana dili ilə bağlı məhdudiyyətlər müzakirə edilib.

“Milli fəallar şəxsi maraqlarından keçməklə istənilən çətinliyin öhdəsindən gələ bilərlər”,- Əkbər Azad belə deyib.

O, deyib ki, Mili Hərəkatın müsbət nəticə verməsinin əsas amillərindən biri xalqın dəstəyini qazanmaqdır.

“Xalqın dəstəyini arxasında hiss edən cərəyan mütləq qələbə qazanacaq”-deyə, o, bildirib.

Milli fəallar ümumi məsələlərlə yanaşı Əhməd Obalının sağlıq durumu ilə maraqlanıb və ona olan hücumu müzakirə ediblər.

“Düşmən evimizə soxulmaq qabiliyyətinə malikdir və hətta uşaqlarımızı da bizə qarşı qoya bilər. Obalı bəyin niyə və necə incidilməsindən asılı olmayaraq, mən bu əməli siyasi şəxsiyyətə sui-qəsd hesab edirəm”,- Əkbər Azad vurğulayıb.

Qeyd edək ki, Əkbər Azad bundan öncə dinc mədəni fəaliyyətlərinə görə və Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən tədbirə qatıldığı üçün 2 il həbs və 2 illik sürgün cəzasına məhkum edilib.

O, sürgün cəzasını İlam əyalətinin Dərəşəhraz bölgəsində çəkəcək.

Həmçinin yoxlayın

İzmirdə “Urmu gecəsi” musiqili tədbir keçirilib

GADTB: Güney Azərbaycan Kültür Mərkəzinin təşkilatçılığı və İzmir Konak bələdiyyəsininin dəstəyi ilə Nazim Hikmət kültür …

Azərbaycanlı tələbə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə yürüş etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Güney Azərbaycandan …