Bazar , Oktyabr 18 2026
azfa

Qəzvində azərbaycanlı fəala təzyiq göstərilir

GADTB: Güney Azərbaycanın Qəzvin bölgəsinin Xurrəmdəşt bölgəsindən olan İsmayıl Xudayari Qəzvin Baş İnqilab Prokurorluğunun beşinci istintaq şöbəsinə çağırılıb. Ona göndərilən çağırışda 5 gün ərzində prokurorluğun qeyd olunan bölməsinə getməsi istənilib.

Xudayari “gizli sənədləri mediada yaymaq”da ittiham edilir. Bununla bağlı ona istintaqa cavab verməli olduğu bildirilib.

Bundan əvvəl, fevral ayının sonlarında İnzibati xətaların araşdırılması üzrə birinci kollegiyanın qərarı ilə azərbaycanlı müəllimə qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb və onun müəllimlik fəaliyyətinə qadağa qoyulub./Güney Azfront

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …