GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup Ərdəbil rəssamları simvolik qraffitlə azərbaycanlı sənətçinin həbsinə etiraz etdilər.
Güney Azərbaycanda bir qrup azərbaycanlı fəal və rəssam molla rejimin həbs etdiyi azərbaycanlı sənətçi və fəal Murtaza Pərvinin Tehrandakı Evin zindanından azadlığa buraxılmasını tələb ediblər.
Azərbaycanlı milli fəallar habelə divara “Murtaza Pərvin” həştəqini yazıblar. Azərbaycanlı fəallar ictimai yerlərə ağ dairə simvolunu çəkməklə rejimin azərbaycanlı sənətçi və fəalın həbs edilməsinə etiraz ediblər.
Qeyd edək ki, Murtaza Pərvin Evin həbsxanasında bir həftədi aclıq aksiyası keçirir.