Cümə , Noyabr 7 2025
azfa

Ərdəbildə 22 May qiyamının ildönümündə poster hərəkatı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində 2006-cı il 22 May qiyamının XII ildönümü münasibətilə milli qiyama aid çoxsaylı posterlər çap edilərək divarlara yapışdırılıb. Geniş miqyasda keçirilən bu hərəkat Ərdəbil şəhərinin qiyama qatıldığı 27 may günündə keçirilib.

Şəhərin əksər küçə və prospektlərinə yapışdırılan posterlərdə irqçi fars rejiminin Azərbaycan türk millətinə qarşı təhqirləri kəskin qınanıb və 22 May Milli Qiyamı bir daha xalqa nümayiş etdirilib.

Qeyd edək ki, 2006-cı il may ayının 22-dən başlanan qiyamda Güney Azərbaycanın bütün şəhər və kəndləri irqçi fars rejiminə qarşı etiraza qalxmışdı.

 

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə “Azərbaycan Səsi”ndə “Bölgənin gündəmi” mövzusunda çıxışı -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Beynəlxalq Atom Enerjisi Agentliyindən İrana xəbərdarlıq

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyin baş dirrektoru Rafael Qrossi İrana xəbərdarlıq edib və öhdəliklərini yerinə …

Bir cavab yazın