Avstraliyada AAAB tərəfindən AXC-nin 100 illiyi ilə bağlı tədbir keçirildi-Video/Şəkil

GADTB: Avstraliya Azərbaycan Asossasiyası Birliyi Avstraliyanın Sidney şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə geniş tədbir keçirdi. Tədbir bazar günü may ayının 27-də baş tutub.

AAAB-nin prezidenti və GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta və GADTB Maliyyə Departamentinin sədri sayın Sima xanımın təşkilatçılığı ilə təşkil edilən tədbir böyük izdiham və coşqu ilə keçirilib.

AAAB-nin prezidenti və GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta GADTB Mətbuat Mərkəzinə göndərdiyi təbrik məktubunda yazır:

Əziz soydaşlarım, vətəndaşlarım!

Avstralia Azərbaycan Asossasiyası Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sidney şəhərində gözəl mərasim keçirdi.

28 may 1918-ci il Tiflis şəhərində Məmməd Əmin Rəsulzadənin elan etdiyi cümhuriyyət münasibətilə tədbir iştirakçıları çıxış edərək səmimi-qəlbdən 55 milyon Azərbaycan türk millətini və bütün Türk Dünyasını təbrik etdilər. Millətimizə uğurlar və erməni işğalında olun Qarabağ və digər torpaqlarımızın tezliklə azad olmasını arzu etdilər.

Avstralia Azərbaycan Asossasiyası Birliyi prezidenti olaraq, bir daha  55 milyon Azərbaycan türk millətini təbrik edib, Güney Azərbaycanda 40 milyon türk millətinə istiqlal uğrunda bu müqəddəs yolda tezliklə istədikləri Güney Azərbaycan Cümhuriyyətinin qurulmasını arzulayıram.

Bütöv Azərbaycan millətinə eşq olsun

O gün olsun ki, bizim əsarətdə olan 40 milyon güneyli öz müqəddəratını (siyasi-ictimai-iqtisadi-kültürəl və s. cəhətlərdə) təyin edib, Bütöv Azərbaycan dövlətinin qurulmasına nail olsun.

Hörmetlə

Mikayil Oyta 

 Avstraliya Azərbaycan Asossasiyaı Birliyinin prezidenti,  

Guney Azərbaycan Demokratik Türk Birliyinin Xarixi Əlaqələr

Departamentinin məsulu 

 

Avstraliya Azərbaycan Asossasiyaı Birliyinin prezidenti sayın Mikayil Oyta ingiliscə də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə müraciət göndərib. buradan oxuya bilərsiniz: 100 years of Azerbaijan Republic day 1918 – PDF

 

 

 

 

 

Həmçinin yoxlayın

Atəşkəsdən sonra İranda anti-Azərbaycan təbliğatı yenidən alovlanır

GADTB: İranla ABŞ-İsrail koalisiyası arasında 40 gün davam edən müharibədən sonra atəşkəsə dair razılaşmanın əldə …

Təbriz Mərkəzi Həbsxanasında kritik vəziyyət yaranır

GADTB: İnsan hüquqları təşkilatları 8 ordibehişt 1405-ci il tarixində yaydıqları hesabatda ABŞ və İsrailin İranla …

Bir cavab yazın