Ərdoğan qaqauz türklərinin ölkəsinə səfər etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyüb Ərdoğan qaqauz türklərinin ölkəsi Muxtar Qaqauziya Respublikasına səfər etdi.

Muxtar Qaqauziya Respublikasının Komrat şəhərində qaqauz türkləri qarşısında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib Türkiyə bundan sonra da Moldova xalqı, o cümlədən qaqauz türklərini dəstəkləməyə davam edəcək.

Rəcəb Təyyüb Ərdoğan deyib: “İslamofobiya və ksenofobiya, etnik mənada olan radikalizm, terrorizm xalqların dinc şəraitdə mövcudluğuna maneə yaradır. Qaqauzların belə problemlərlə qarşılaşmasına izn vermək olmaz. Biz Adriatikdən Böyük Çin səddinə qədər uzanan 300 milyonluq böyük ailəyik”.

Qeyd edək ki, Qaqauziya Mildavada muxtar respublikadır və qaqauzlar xristian türklərdir.

Həmçinin yoxlayın

Prezident İlham Əliyev İranın Naxçıvana hücumi ilə bağlı təcili iclas keçirdi

GADTB: Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı …

İran Xarici İşlər Nazirliyi Azərbaycanı dost ölkə adlandırır Sepah hədələyir

GADTB: İran PUA-larının Naxçıvan beynəlxalq Hava Limanı və Naxçıvanda orta məktəbə hücumuna İrandan fərqli münasibət …

Bir cavab yazın