Cümə , Avqust 21 2026
azfa

Əhalidən Təbriz-Səhənd magistral yolunda rüsumun çoxluğuna etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz şəhərinin yaxınlığında yerləşən Səhənd şəhərinin sakinləri Təbriz-Səhənd magistral yolundan istifadəyə görə tətbiq olunan rüsumun çoxluğu əhalinin etirazına səbəb olub.  Əhali bununla bağlı aidiyyəti orqanlara imza toplayıblar.

Artıq əhali imza toplamaqla İran rejiminin azərbaycanlılara qarşı belə ayrıseçkilik siyasətinə etirazlarını bildiriblər.

Azərbaycanlı sürücülər yol üçün ödənişin məbləğinin yüksək olması üzündən onlar alternativ yollardan istifadə etməyə başlayıblar.

Etirazların çoxaldığını görən bir sıra əyalət məsulları, o cümlədən Təbrizin cümə imamı Məhəmmədəli Ali-Haşim məsələyə münasibət bildirib və əhalinin haqlı olduğunu etiraf edib.

Bundan öncə məsələ ilə bağlı açıqlama verən Təbriz şəhərinin İran məclisindəki millət vəkili Ruhullah Mütəfəkkir Azad Təbriz-Səhənd magistral yolunda sürücülərdən əlavə rüsum alındığına etiraz edib və o, bunu hökumətin xalqın cibinə girməsi kimi dəyərləndirib: “Mən millət vəkili kimi Təbriz-Səhənd magistral yolunun müqaviləsində nələrin yazıldığını öyrənmək istəyirəm. Sərmayəçilərin hüquqları qorunmalı və ona hörmət edilməlidir, ancaq məsullar bunu təmin etmək üçün xalqın cibindən pul qopartmaq yerinə başqa yol təklif etməlidirlər”.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …