
GADTB: Bu gün terror təşkilatı olan SEPAH-ın baş komandanı Əhməd Vəhidi İslam Respublikasının keçmiş rəhbəri Əli Xameneyinin öldürülməsinə toxunaraq qisas almağın İranın haqqı olduğunu bildirib.
Vəhidi keçmiş liderin ölümünü və digər itkiləri xatırladaraq onların qanının İslam Respublikasının və inqilabın mübarizəsinin davam etməsinə təkan verdiyini iddia edib.
O, çıxışında iştirakçıların qisas tələblərinə toxunaraq deyib ki, bu, həm onların, həm də hakimiyyətin haqqıdır.
“Qisas almaq bizim haqqımızdır. İranda bu cinayətləri törədən qatillər və cinayətkarlar üçün dünya artıq təhlükəsiz məkan olmayacaq. Onlar rahat yata bilməyəcək və törətdikləri cinayətlərə görə qorxu içində yaşayacaqlar”, – deyə, komandan vurğulayıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi