Cümə axşamı , Aprel 25 2024
azfa

Əjdər Tağızadə: İran hakimiyyəti iqtisadi böhranı qorxu siyasəti ilə idarə edir

GADTB: 2017-ci ilin son günlərində İranda iqtisadi vəziyyət və bahalığa etiraz olaraq başlanan kütləvi aksiyalar 20-dən artıq vilayətdə hakimiyyətə qarşı şüarlarla həftələrlə davam etdi.

Amerikanın Səsinə danışan siyai fəal Əjdər Tağızadənin sözlərinə görə, İslam Respublikası kütləvi etirazların yenidən baş qaldırmasına mane olmaq üçün iqtisadi islahata deyil, qorxu siyasətinə üstünlük verir.

İranın dünyanın ucqar bir yeri deyil. Şimali Koreya deyil. Buranın bir başı Yaxın Şərqdə bir başı Avropada. Çox həssas yerdir. Burada xalqı həmişəlik dəyənəklə, zindanla və işgəncə ilə susdurmaq olmaz.

“Fəhlə sinifi ayaqda, müəllim, həkim ayaqda, vəkil zindanda. Bunlar hansı dəyişikliyi gətirdilər ki? İqtisadiyyatda hansı dəyişikliyə əl atdılar? Hansı investisiyanı həyata keçirdilər? Bunların heç birini etmədilər, amma öz içlərindən çıxan korrupsiyalarda milyardların söhbəti gedir,” Əjdər Tağızadə deyir.

Təbriz millət vəkili və İran Parlamenti sədrinin birinci müavini Məsud Pezeşkiyanın mövcud iqtisadı böhrana dair sözlərinə diqqət çəkən Tağızadə əlavə edir, “İranın öz parlamentində adam çıxıb deyir ki, indiki durumumuz İraqla müharibə dönəmindəki durumdan qat-qat ağırdır. Xameneyi də çıxıb deyir, təhlükəli durumdayıq.”

Milli fəalın dediklərinə görə, İran hökumətinin qorxduğu Amerika yox, öz vətəndaşlarıdır.

“Bunlar İrandakı millətlərdən qorxur. Bilirlər ki, daxildən bir partlayış olacaq. Bunlar xalqı İnqilab Qvardiyası ilə qorxudur və son günlərdə artıq açıq şəkildə əhalini xaricdə yartdıqları milis qüvvələr ilə qorxudurlar.”

Xalqı İnqilab Qvardiyası ilə qorxudurlar. Son günlərdə artıq açıq şəkildə xaricdə yartdıqları milis qüvvələr ilə qorxudurlar.”

Tağızadə qorxu siyasətinin İranda nəticə verməyəcəyini vurğulayır:

“Bu gün dünya internet dünyasıdır. Xəbərlər tez yayılır. Rejim çalışır ki, Telegrama ya İnstagrama filter qoysun amma bir məsələ var, əlbəttə ki bura dünyanın ucqar bir yeri deyil. Bura Şimali Koreya deyil. Buranın bir başı Yaxın Şərqdə bir başı Avropada. Çox həssas yerdir. Bura Liviya da deyil. Burada xalqı həmişəlik dəyənəklə, zindanla, işgəncə ilə susdurmaq olmaz. Müsahibənin linki:

https://www.amerikaninsesi.org/a/%C9%99jd%C9%99r-ta%C4%9F%C4%B1zad%C9%99-i%CC%87ran-hakimiyy%C9%99ti-iqtisadi-b%C3%B6hran%C4%B1-qorxu-siyas%C9%99ti-il%C9%99-idar%C9%99-edir/4869378.html

Müsahibənin mətninə buradan qulaq asa bilərsiniz:

https://www.amerikaninsesi.org/a/4870147.html

Həmçinin yoxlayın

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Türkiyənin Çanaqqalada qələbəsi ilə bağlı Atatürkün abidəsinə gül çələngi qoydular-Şəkil

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …

Bir cavab yazın