Cümə , Aprel 19 2024
azfa

Əmır Teymurun qılıncı İrəvan sər aslanı Həsən xana necə keçdı?

GADTB: Əmir Teymurun qılıncının harada olmasi ilə bağlı bir çox əfsanələr var. Böyük Tamerlanın Şərqi fəth etdiyi qılıncın bizim zamana qəlib çıxması və ya itirilməsi ilə bağlı mulahizərələr bu günə qədər davam edir. Bu mövzuda bir neçə tarixi məlumatlar var, hansılar ki, qılıncın Nadir şaha, sonra isə İrəvanın Sər-Aslanı Həsən Xan Qacara keçdiyi deyir.

Bartoldun kitabının 4-cü cildində deyilir ki, Tamerlanın qılıncı digər zireh və hədiyyələr ilə birlikdə Nadir şaha 1740-cı ildə Buxaraya yürüşü zamanı hədiyyə edilmişdir.

Beləliklə, hərbi tarixçi, Qafqaz Hərbi Dairəsinin qərargahındakı Hərbi Tarix Şöbəsinin müdiri Vasiliy Potto öz əsərində yazır:

“Əsir taleyinə təslim olan cəsur Həsən xan, Krasovskiye olan şikayəti, qaladan [İrəvan şəh.] uğursuz qaçışı zamanı itirdiyi qiymətli qılıncı ilə bağli idi. Yüksək bir divardan kəndirlə aşağı düşərkən onu qınından saldığını bildirdi. Qiymətli qılınc böyük əhəmiyyət kəsb edirdi. Rəvayətə görə, o, bir vaxtlar Tamerlana( Əmir Teymur) mənsub idi.  Şərqə olan yürüşləri zamanı və Türk Sultanı Bəyazid-İldırım ilə döyüşlərdə onun ayrılmaz bir yoldaşi idi. 

Tamerlandan qılınc, İranda hökm sürən Sofilər [Səfəvi] sülaləsinin əcdadlarından birinə keçdi və uzun müddət İran hökümdarlarının xəzinəsinin bəzəyi olmuşdur. 20-ci illərdə (19-cu əsr) Həsən xan özünü türklər(osmanlılar) üzərində qələbələrlə məşhur etdikdən sonra, Şah ona bir fərman göndərdi və istədiyi mükafatı  ondan diləməyə icazə verdi. Xan ona Tamerlanın qılıncını və “Sər-Arslan”(şirlərin başçısı və ya lideri) titulunu verməsini istədi. Şah hər ikisini yerinə yetirdi.

Aydındır ki, İranda o qədər məşhur olan qılıncın itkisi Həsən xanı narahat etməyə bilməzdi. Krasovski qılıncın axtarışında həvəslə iştirak etdi və Cəfər Xan Əyrükskinin köməyi ilə, qilinci tapib, sonradan sataraq varlanmaq istəyən bir tatarda [Azərbaycan Türkü] tapıldı. Tatar öz mükafatıni aldı və məşhur qılınc Krasovski tərəfindən İmperator Nikolay Pavloviçə hədiyyə olaraq göndərildi.”

Burada göründüyü kimi, Vasili Potto bu qılıncın rəvayətə əsasən Səfəvi sülaləsinin əcdadlarından birinə keçdiyini deyir. Ola bilsin ki, söhbət elə Buxarada bu qılıncın Nadir şaha keçməsi ilə bağlıdır.

Bu qılıncın Rusiyaya göndərilməsindən sonraki taleyi  ilə bağlı bir neçə fərziyələr var. Bildiyimiz kimi Birinci və İkinci Dünya Müharibəsi illərində qılıncın saxlandığı Sankt – Peterburq yaxınlığındakı muzey sarayları bir  neçə dəfə yer dəyişməyə məruz qalmışdılar. Bu zaman ərzində onun oğurlanması, ya da itirilməsi və dolayısı ilə şəxsi kolleksiyaların birində saxlanılması ehtimalı var, və ya onun hələdə orada kataloqsuz əşyalar sırasında qaldığı mümkündür.

Mənbə: Василий Потто, Покорение Эривани

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …