GADTB: Dünən Ənzəli şəhərindəki Siros Qayiqran Stadionunda keçirilən “Traxtur” komandası ilə “Mələvan” oyununda Mələvan komandasının qadın tərəfdarları Traxtur komandasının yeganə qadın tərəfdarına hörmətsizlik ediblər.
Güney Azərbaycanın “Traxtur” futbol komandasının qadın azarkeşi Ənzəli şəhərinin stadionunda keçirilən futbol matçı zamanı digər azarkeşlər və İrşad Polis Patrul Xidmətinin (Əxlaq polisi) qadın əməkdaşlarının təzyiqi və hörmətsizliyi ilə qarşılaşıb.
Qeyd edək ki, başqa komandaların qadın tərəfdarlarının stadionda olmasına baxmayaraq, “Traxtur” komandasının qadın tərəfdarları bu hüquqdan məhrumdurlar ki, bu da “Traxtur” komandasına və onun azarkeşlərinə qarşı ayrı-seçkiliyi göstərir.
İllərdir ki, hər Traxtur komandasının oyunlarının 25-ci dəqiqəsində şüarlar səsləndirən komandanın azarkeşləri qadınların stadionlarda sərbəst iştirakını istəyirlər, lakin bu günə qədər bu tələb həyata keçməyib.