Cümə , Oktyabr 16 2026
azfa

Ərdəbildə azərbaycanlı fəallara azadlıq tələbilə posterlər yapışdırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində bir qrup azərbaycanlı fəal molla rejimin həbs etdiyi azərbaycanlı fəallara azadlıq tələbilə posterlər yapışdırılıb.

Azərbaycanlı fəalların şəkillərini əks etdirən posterlər Ərdəbildə ictimai yerlərə yapışdırılamqla, onlara azadlıq tələb edilib.

Azərbaycanlı fəallar Yürüş Mehrəlibəyli, İbrahim Rəşidi (Savalan) və Milad Cəlilinin (İlşən) birgə posterlərində onların və sair həbsdə olan Azərbaycanın milli aktivistlərinə azadlıq tələb olunub.

Posterlərdə həmçinin İranın şovinist hakimiyyətinə xitabən irqçi hakimiyyətin Azərbaycana qarşı çirkin oyunlarının unudulmayacağı qeyd olunmaqla, fars şövnizminin zülmündən əsas qurtuluş yolunun Milli Hökumətin qurulması olduğu vurğulanıb.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …