GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı fəallar Qaraqışlaqda əhalinin haqlı etirazlarına dəstək olaraq böyük banner hazırlayaraq piyada keçidindən asıblar.
Beləliklə azərbaycanlı fəallar Ərdəbildə piyada keçidindən həmin plakatı asmaqla molla rejiminə və rejimin Qaraqışlaqda haqlı etirazları yatırmasına etiraz ediblər.
Piyada keçidindən asılan bannerdə yazılıb:
“Qaraqışlaqdan bütün Azərbaycanın düşmənlərinə: Qan verərik, torpaq vermərik!”
Qeyd edək ki, molla rejimi Qaraqışlaqda kənd ərazisini zəhərkəyəcək zavod tikmək istəyir. Bu isə əhalinin haqlı etirazları ilə qarşılaşmışdı.