Çərşənbə axşamı , Yanvar 7 2025
azfa

Ərdəbildə azərbaycanlı fəalllar rejimin həbs etdiyi fəallara azadlıq tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars molla rejimin Güney Azərbaycanda həbs etdiyi azərbaycanlı milli fəallara dəstək aksiyası keçirdilər.

Bu məqsədlə  azərbaycanlı milli fəallar rejimin həbs etdiyi fəalların şəkli olan posterləri paylayıb və ya şəhərdə divarlarına yapışdırıblar.

Posterlərin üzərində “Azərbaycan milli fəallarına azadlıq!”, “Qurtuluş yolumuz, Azadlıq, Ədalət, Milli hökumət!”, “Azərbaycanın Milli Hərəkatı- Ərdəbil” və “Heç bir işgəncə və heç bir həbsxana divarı Azərbaycan övladlarının səsini kəsməyə qadir deyil!” şüarları yazılıb.

Qeyd edək ki, irqçi fars-molla rejimi Güney Azərbaycanın bir neçə şəhərində, xüsusilə Təbrizdə çox sayda azərbaycanlı milli fəalı həbs edib.

Həmçinin yoxlayın

Hakan Fidan: PKK/YPG Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır

GADTB: PKK/YPG terror qruplaşması Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır. Bunu Türkiyənin xarici işlər …

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəalı Ovçu Məhəmmədian məzuniyyətdən məhrum edilib

GADTB: irqçi fars-molla rejimin Kərəcdəki Keçui həbsxanasında 6 aylıq həbs cəzası üçün həbsə saldığı Güney …