Şənbə , Noyabr 28 2026
azfa

Ərdəbildə Babək Qalası Qurultayı ilə bağlı banner və bildirişlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə İran rejiminin Babək qalasına buraxmadığı azərbaycanlı fəallar plakard quraşdırmaq və bildiriş yaymaqla İran rejiminin bu addımını pisləyiblər.

İyulun 1-dən başlayaraq azərbaycanlı milli fəallar şəhərin bir sıra yerüstü keçidlərində baner asıb, minlərlə bildiriş paylayıblar.

Azərbaycanlı fəallar Ərdəbil-Sərçəm yolu üzərində bir körpüdən üstündən üzərində “Babək qalasına getməmək üçün ayaqlarımı kəssən, əllərimlə Ərdəbili qalaya çevirərəm” yazılmış böyük parça asalmaqla İran rejiminin azərbaycanlı faəlların Babək qalasına yürüşünə mane olmasına etiraz ediblər.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …