Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Abdullah Səduqi İranın Ermənistana yardımına etiraz etdiyi üçün həbsə məhkum edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Təbrizdəki, İnqilab Məhkəməsinin 3-cü şöbəsi azərbaycanlı fəal Abdullah Səduqini 3 il 6 ay həbs cəzasına məhkum edib.

Bundan öncə isə azərbaycanlı fəal həmin məhkəmədə “Müxalif təşkilatlara qoşulmaq və hökumətə qarşı təbliğat”da ittiham olunaraq 6 il həbs cəzasına məhkum edilmişdi.

Azərbaycanlı milli fəalın apellyasiya şikayətindən sonra məhkəmə fəalın həbs müddətini 3 il 6 aya endirib.

Qeyd edək ki, Abdullah Səduqi 2020-ci il sentyabrın 23-də rejimin təhlükəsizlik məmurlarının məhkəmə qərarı olmadan fəalın ata evinə hücumi ilə yaxalanmışdı. Fəal yaxalanandan sonra ETTELAAT İdarəsinin təcridxanasına köçürülmüşdür.

Oktyabrın 23-də isə azərbaycanlı milli fəal təcridxanadan rejimin Təbrizdəki zindanına köçürülüb və 37 gündən sonra 700 milyon tümənlik girov qarşılığında zaminə buraxılmışdır.

Abdullah Səduqi bundan öncə dinc və mədəni fəaliyyətlərinə görə həbs olunub.

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …