Şənbə , Oktyabr 17 2026
azfa

Ərdəbildə divarlara azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə şüarlar yazıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar Ərdəbildə divarlara milli şüarlar yazıblar.

Onlar divarlara “El üçün çalışan əllər var olsun”, “Hüseyn və Araz Əməni” yazaraq, həbsdə olan milli-mədəni fəalların azadlığını tələb ediblər.

Qeyd edək ki, Hüseyn və Araz Əməni qardaşları mayın 18-də təhlükəsizlik məmurları tərəfindən həbs ediliblər. Əlaqədar dövlət qurumları onların həbs səbəbi və nədə ittiham olunduqları barədə məlumat verməkdən imtina edib.

Bu gün isə qardaşlardan biri, Araz Əməni girov qarşılığında Təbriz xəbsxanasından müvəqqəti azadlığa buraxılıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …