Cümə , İyul 17 2026
azfa

Ərdəbildə etirazlar zamanı molla rejimi Abulfəzl Cahani adlı azərbaycanlını qətlə yetirib

GADTB: Ərdəbilin Niyar kəndindən olan, sendviç satışı ilə məşğul olan azərbaycanlı gənc Abulfəzl Cahani son etirazlar zamanı həyatını itirənlər sırasındadır. Sahə mənbələrindən alınan məlumata görə, o, dostlarından biri ilə birlikdə xalq etirazlarında iştirak edib və cümə axşamı günü molla rejimin qüvvələrinin açdığı birbaşa atəş nəticəsində başından güllə yarası alaraq həlak olub.

Bildirilir ki, Abulfəzl Cahanının cənazəsi dörd gün sonra ailəsinə təhvil verilib və bu müddətdə ailədən böyük məbləğdə pul tələb olunub. İlkin olaraq təxminən 1,5 milyard tümən istənildiyi, sonda isə təxminən 700 milyon tümən ödənildikdən sonra cənazənin ailəyə verildiyi qeyd olunur.

Mənbələr həmçinin bildirirlər ki, mərhumun ailəsi media ilə məlumat paylaşmamaq və ictimai yas mərasimi keçirməmək üçün təzyiq və hədələrlə üzləşib. Buna baxmayaraq, ailə onun ölümündən təxminən 10 gün sonra yalnız məhdud və kiçik bir mərasimi məzarı başında keçirə bilib.

Eyni zamanda, yerli məlumatlara görə, Ərdəbildə baş verən etirazlar zamanı onlarla insan həyatını itirib, çox sayda şəxs isə yaralanıb və ya saxlanılıb. Gücləndirilmiş təhlükəsizlik rejimi və informasiya məhdudiyyətləri səbəbindən qurbanların və saxlanılanların dəqiq sayı hələ də məlum deyil.

Həmçinin yoxlayın

Tanker Trackers: ABŞ İran İslam Respublikasına məxsus mazutla yüklənmiş neft tankerini saxlayıb

GADTB: SENTKOMun Oman körfəzində M/T “Ven Yao” neft tankerinin saxlanılması və yoxlanılması ilə bağlı məlumatından …

SENTKOM: ABŞ altıncı gecə ardıcıl olaraq İran İslam Respublikası rejiminin onlarla hərbi mövqeyinə zərbələr endirib

GADTB: ABŞ-ın Mərkəzi Komandanlığı (SENTKOM) bildirib ki, ölkənin döyüş təyyarələri, pilotsuz uçuş aparatları və hərbi …