Çərşənbə , Oktyabr 14 2026
azfa

İran rejimindən Azərbaycan və Türkiyəyə təhdid

GADTB: ABŞ və İsrail tərəfindən mümkün hücum ehtimalını ciddi təhlükə kimi qiymətləndirən İranın irqçi fars-molla rejimi region ölkələrini, o cümlədən Azərbaycan və Türkiyəni açıq şəkildə təhdid etməyə başlayıb. Molla rejimin yaydığı xəbərdə Azərbaycan və Türkiyə hədələnir.

Tehranın Bakı, Ankara və bölgənin digər paytaxtlarına ünvanladığı mesajda bildirilib ki, hər hansı hücum baş verərsə, İran əsas icraçı ilə regional səviyyədə yardım göstərənlər arasında fərq qoymayacaq və müəyyən etdiyi “qırmızı xətlərin” keçilməsi ağır nəticələrə səbəb olacaq.

İran rəsmiləri qeyd ediblər ki, region miqyasında genişmiqyaslı müharibə təhlükəsi yalnız təbliğat xarakterli bəyanat deyil, ölkənin rəsmi müdafiə strategiyasının tərkib hissəsidir. Bu strategiyanın geniş raket potensialı və regional müttəfiqlər şəbəkəsi ilə dəstəkləndiyi iddia olunur.

Rəsmi dairələr həmçinin Tehranın bütün hərəkətləri izləmək və qarşılıq vermək üçün kifayət qədər imkan və iradəyə malik olduğunu vurğulayıblar. Onların sözlərinə görə, müəyyən edilmiş “qırmızı xətt” aydındır və onun aşılması Azərbaycanı birbaşa İranın hərbi cavabı ilə üz-üzə qoya bilər.

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …