Bazar , Oktyabr 18 2026
azfa

Ərdəbildə molla rejimin həbs etdiyi azərbaycanlı fəallara dəstək; “Özgürlük carçılarını dustaqlar susdura bilməz!”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının fəalları Ərdəbil şəhərində molla rejimin həbs etdiyi azərbaycanlı fəallarla bağlı aksiya keçiriblər.

Gənclər yerüstü piyada keçidinin üzərində iri pankart quraşdırıblar.

Azərbaycanlı fəalların şəklinin də təsvir edildiyi plakatda yazılıb:

“Özgürlük carçılarını dustaqlar susdura bilməz!”

Bununla da azərbaycanlı fəallar molla rejimin həbs etdiyi azərbaycanlı milli fəalların azadlığa buraxılmasını tələb ediblər.

Şəhərdə yerüstü keçiddən asılan plakatda son zamanlar molla rejimi tərəfindən qanunsuz olaraq həbsdə saxlanan azərbaycanlı milli fəalların adları da yazılıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …