GADTB-nin mətbuat mərkəzinə daxil olan məlumata görə, Ərdəbil vilayətinin Turizm, Əl Sənayesi və Mədəni İrs Təşkilatının direktoru Kərim Hacızadə Ərdəbildə Şeyx Səfiəddin Türbə Kompleksinə baxış keçirərkən bu barədə məlumat verib. O deyib ki, Ərdəbildə Şeyx Səfiəddin türbəsi Ərdəbilin YUNESKO-da qeydiyyatdan keçmiş təkcə özünəməxsus tarixi, mədəni və tayı-bərabəri olmayan memarlıq əsəridir.
K.Hacızadə qeyd edib ki, bu tarixi əsərin çox böyük əhəmiyyətə malik olmasına baxmayaraq, onun müxtəlif hissələrinin bərpası üçün illik kifayət qədər maliyyə ayrılmır. O qeyd edib ki, türbə kompleksi üç- əl sənayesi, arxeologiya və çinixana muzeylərinə şamil edilir və hər bir bölməni saxlamaq üçün münasb maliyyə ayrılmalıdır.
Ərdəbil vilayətinin Turizm, Əl Sənayesi və Mədəni İrs Təşkilatının direktoru Kərim Hacızadə sonda qeyd edib ki, Şeyx Səfiəddin Türbə Kompleksi kimi böyük tarixi-memarlıq əsərlərinin saxlanılması üçün daimi maliyyə ayrılması lazımdır.