
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində Yusif Kariyə dəstək məqsədi ilə və Heyran meşələrinin söndürülməməsinə etiraz olaraq divarlara şüarlar yazılıb.
Azərbaycanlı milli-mədəni fəallar yanvar ayının 19-da Ərdəbil zindanında aclıq aksiyası keçirən, ayın 17-dən isə quru aclıq aksiyasına keçən Yusif Kari və başqa azərbaycanlı siyasi məhbuslara, o cümlədən Abbas Lisaniyə dəstək məqsədilə, eləcə də Heyran meşələrində söndürülməsinə məsuliyyətsiz yanaşan İran rəsmilərinin etinasızlığına etiraz olaraq şəhərin divarlarına şüarlar yazıblar.
Azərbaycanlı fəalların Ərdəbil şəhərində divarlara yazdığı şüarlar aşağıda qeyd edildiyi məzmunda olub:
“Biz Heyranıq”
“Azərbaycanın yaşıl ciyərləri hələ də yanır”
“Yusif Kari ölüm ayağındadır”
“Azərbaycanlı siyasi məhbusların aclıq aksiyası ilə həmrəylik”
“Siyasi məhbusların hüquqlarının tapdanılmasına son qoyun”
“Kül, yanğın alovları, tüstü, qaranlıq, Ərdəbil mərkəzi zindanı, karantin, işgəncə”
“Təmiz meşə və siyasi məhbusların azadlığı” və s.
Qeyd edək ki, Yusif Kari rejimin təzyiq və təhqirlərinə qarşı aclıq aksiyası keçirib və sağlıq durumu pisləşdiyi üçün zindanın klinikasına köçürülüb.
Yanvar ayının 18-dən Yusif Kariyə dəstək məqsədi ilə aclıq aksiyasına başlayan tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisani, eləcə də Evin zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Siyamək Mirzai, Vasiqi Qardaşları və digər azərbaycanlı siyasi məhbuslar da aclıq aksiyasına qoşulmaqdadırlar.