Ərdəbilin kənd evlərinin 84 faizi zəlzələyə az davamlı və ya davamsızdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbilin Məskən Fondunun baş direktoru Fərhad Sübhani bu barədə açıqlama verib. O qeyd edib ki, Bütün Ərdəbil vilayətində 119 min 387 kənd evi mövuddur. 2016-cı ilin statistikasına əsasən onlardan 84 faizi yəni 100 min 285 evin az davamlı və ya davamsız olduğu müəyyənləşdirilmişdir. O Ərdəbil vilayətinin kəndlərinin 46 faizinin tamamilə davamsız olduğunu bildirib.

F.Sübhani qeyd edib ki, Meşginşəhr, Xalxal və Germidə daha təhlükəli vəziyyət mövcuddur. Vilayətin mərkəzində də kəndlərdə evlər yaxşı vəziyyətdə deyil.

F.Sübhani həmçinin bildirib ki, ərdəbil vilayətinin əhalisinin böyük hissəsi kəndlərdə yaşayır və evlərin möhkəmləndirilməsi məsələsi həll olmayan məsələ kimi qalmaqdadır. O qeyd edib ki, illər öncə məntəqədə baş verən zəlzələ nəticəsində uçan evlər nisbətən zəlzələyə davamlı tikilib.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal Saman Bidar girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …

Azərbaucanlı milli fəal Təbriz zindanından girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …