Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Ərdəbilin tarixi bazarı Metropol binası kimi dağılmaq təhlükəsilə qarşı-qarşıyadır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərinin tarixi bazarı İran rejiminin ögey münasibəti sayəsində İdabadanda Metropol binası kimi dağılmaq təhlükəsilə qarşı-qarşıya qalıb.

Bununla bağlı Ərdəbil şəhərinin İş Adamları və Tacirləri Birliyinin sədri Səid İrani Cəm mediaya verdiyi açıqlamasında bazarın təmiri üçün Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinə nəzərdə tutulan vəsaitin verilmədiyini deyib.

O deyib: “Belə davam edəcəyi təqdirdə tarixi bazar çökəcək və Abadandakı “Metropol” ofis binasında yaşanan faciənin daha acınacaqlısı Ərdəbildə yaşanacaq”.

Səid İrani Cəm bundan öncə çoxsaylı müraciətlər nəticəsində Yol və Şəhərsalma Nazirliyinin bazarın təmiri üçün 16 milyard tümən vəsait ayırmağa razi sala bildiklərini demişdi.

O bildirib ki, həmin büdcən kağız üzərində təsdiq olunsa da, 2 ildir ödənilmir və müxtəlif bəhanələrlə ödənişdən imtina edilir.

İrani Cəm həmçinin deyib:“Özəlliklə bazarın daha çox gediş-gəişli bölmələri dağılmaq üzrədir. Bu bölmələr təcili yenidən qurulmasa bazar çökəcək və Ərdəbildə çox ağır faciə baş verəcək”.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …