Bazar , Oktyabr 18 2026
azfa

Ərdoğan Türkiyənin ilk milli döyüş təyyarəsinin orduda yer alacağı tarixi açıqladı

​ GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2028-ci ildən KAAN-ı döyüş təyyarələri parkımıza daxil etməyə başlayacağıq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığda keçirilən mitinqdə deyib.

“Ötən həftə 5-ci nəsil döyüş təyyarəmiz KAAN səmaya qalxdı. Bu sahədə Türkiyə dünyanın ilk 4 ölkəsi arasında yerini aldı”, – Ərdoğan bildirib.

Qeyd edək ki, KAAN Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə bu təyyarələri ABŞ-ın F-22 və F-35 qırıcılarına alternativ olaraq istehsal edib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …