
GADTB: İraqda İslam Respublikasına bağlı terrorçu qruplaşma olan “Kətaib Hizbullah” əsas bazasının yerləşdiyi Cərf əs-Səxri bölgəsindən çıxmayacağını bəyan edib. ABŞ-ın dəstəyinə malik İraqın baş naziri Əli əz-Zeydi bazar ertəsi bu qruplaşmaya Bağdadın cənubunda yerləşən ərazini tərk etmək və ordunun bölgəyə daxil olması üçün yolu açmaq barədə möhlət vermişdi.
İraq hökuməti daha əvvəl bu bölgədə neft qaçaqmalçılığı ilə bağlı aparılan araşdırmanın belə bir faktı təsdiqlədiyini açıqlamışdı. “Kətaib Hizbullah” isə bu ittihamı rədd edib. Təhlükəsizlik mənbəsi AFP xəbər agentliyinə bildirib ki, verilən möhlət cümə günü başa çatacaq.
“Kətaib Hizbullah”ın komandirlərindən Əbu Talib əs-Səidi AFP-yə açıqlamasında deyib: “Kətaibin Cərf əs-Səxri bölgəsindən çıxması arzusu gerçəkləşməyəcək, hətta meyitlərimizin üstündən keçməli olsalar belə”.
O, həmçinin iddia edib ki, qruplaşma İraq silahlı qüvvələri ilə qarşıdurma istəmir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi