Cümə axşamı , Avqust 20 2026
azfa

Əyyub və Davud Şiri qardaşlarının vəziyyəti barədə heç bir məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin həbs etdiyi azərbaycanlı milli fəallar Əyyub və Davud Şiri qardaşları barədə heç bir məlumat verilmir.

Azərbaycanlı milli fəallar Əyyub və Davud Şiri qardaşları mayın 19-da yaxalanandan sonra heç bir məlumat verilmir.

Fəallar yalnız ailələri ilə qısa müddətli telefon əlaqəsində yaxalandıqdan sonra ETEELAAT-ın təcridxanasında saxlandıqlarını demişdilər. Həmçinin onlara bildirmişdilər ki, bir həftəyə vəsiqə qarşılığında zaminə buraxılacaqlar. Lakin onların müvəqqəti həbsi daha bir həftə uzadılıb. Bu isə azərbaycanlı fəalların ailəsinin nigaran qalmasına səbəb olub.

Qeyd edək ki, mayın 19-da Əyyub Şiri özünün iş yerində, Davud Şiri isə məsciddə keçirilən yas mərasimindən çıxdığı zaman həbs olunub və naməlum yerə aparılmışdılar.

Azərbaycanlı fəallar Şiri qardaşları 6 aylıq həbs cəzalarını Təbriz zindanında çəkdikdən sonra 23 avqust 2021-ci ildə sərbəst buraxılmışdılar.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …