Cümə axşamı , Sentyabr 17 2026
azfa

Əzimi Qədim: “Həbs və təzyiqlərlə bu hərəkəti dayandıra bilməzsiniz”- Video

GADTB: Azərbaycanlı milli-mədəni fəal Əbdüləziz Əzimi Qədim təhlükəsizlik və məhkəmə təzyiqlərinə cavab olaraq yayımladığı səsli müraciətdə bildirib ki, həbslər, təhdidlər və müxtəlif basqılar milli-ictimai fəaliyyətləri dayandırmağa qadir deyil.

İngilis dilində yayımladığı bu səs yazısında o, açıq şəkildə bildirir ki, “zindan, təzyiq və həbslər fəalları yolundan döndərmək gücünə malik deyil”. Əzimi Qədim vurğulayıb ki, bu cür davranışlar əks təsir göstərir və fəalların iradəsini daha da möhkəmləndirir.

O, mesajında deyir: “Elə düşünməyin ki, həbs və təzyiqlər bizi sındıra və ya bu hərəkatı dayandıra bilər.” Onun sözlərinə görə, tətbiq olunan basqılar yalnız motivasiyanı artırır və milli haqlar uğrunda fəaliyyətlər daha qətiyyətlə davam edəcək.

Bu səs faylının yayılması, hazırda Evin zindanında azərbaycanlı fəalların davam edən aclıq aksiyası fonunda baş verir.

Əzimi Qədim açıqlamasının sonunda “Azərbaycan Milli Hərəkatı”nın dayandırıla bilməyəcəyini, bütün məhdudiyyətlərə baxmayaraq yoluna davam edəcəyini diqqətə çatdırıb.

https://t.me/GADTB1/46541

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …