Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Әrdoğan çox sayda cәbhәdә apardıqları mübarizәdə qәlәbә әldә edәcəklərini deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan eyni anda çox sayda cәbhәdә apardıqları mübarizәni qәlәbә әldә edәnәdәk davam etdirәcәklәrini deyib.
Rәcәb Tayyib Әrdoğan Eskişәhәr vә Ankarada tәşkil edilәn mәrasimlәrә videokonfrans yolu ilә qatılıb. Mәrasimlәrdә çıxış edәn Türkiyә prezidenti bildirib ki, eyni anda çox sayda cәbhәdә apardıqları mübarizәni qәlәbә әldә edәnәdәk davam etdirәcәyik.
Türkiyәnin yeni qlobal memaridә siyasi vә iqtisadi olaraq haqq etdiyini mütlәq alacağını bildirәn Rәcәb Tayyib Әrdoğan Türkiyәnin 2023-ci il hәdәflәrinә çatacağını bildirib.
Әrdoğan qeyd edib ki, nәqliyyat başda olmaqla hәr sahәdәki investisiyalarımızı vә layihәlәrimizi davam etdirәcәyik. Nә Avropa, nә Amerika, nә Rusiya, nә Çin vә nә dә bölgәmizdәki digәr ölkәlәrdә xüsusi bir problemimiz yoxdur.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın