Çərşənbə , Oktyabr 21 2026
azfa

‍İran rejiminin məmurları azərbaycanlı fəal Vədud Əsədini yaxalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin məmurları oktyabrın 30-da Gilanın Rəşt şəhərində yaşayan azərbaycanlı milli fəal Vədud Əsədinin evinə hücum edib.

Rejimin məmurlar Vədud Əsədini  yaxalayıb və ona aid kompüteri, eləcə də mobil telefonu müsadirə ediblər. Məmurlar həmçinin azərbaycanlı fəalın ailə üzvlərinə aid 4 ədəd mobil telefonu da özləri ilə aparıblar.

Azərbaycanlı milli fəal həbs səbəbi barədə hələlkik dəqiq məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, bundan öncə Vədud Əsədi bir neçə dəfə İran rejiminin məmurları tərəfindən həbs olunub və ya rejimin məmurları tərəfindən təhdidlərə məruz qalıb.

Azərbaycanlı fəal İkinci Qarabağ savaşı zamanı da İranın Ermənistana yardımına etiraz etdiyi üçün 13 gün müddətinə yaxalanmışdı.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …