Bazar ertəsi , İyul 13 2026
azfa

Ermənistanın Azərbaycanlı əsirləri İrəvanda güllələdiyi faktı üzə çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı əsirlərin 1994-cü ildə İrəvandakı xəstəxanalardan birində öldürülməsi ilə bağlı faktlar yayımlanıb.

Bununla bağlı detalları sosial şəbəkə istifadəçilərindən biri öz profilində paylaşıb.

Onun bildirdiyinə görə, həmin vaxt əsirlikdə olan 23 nəfər azərbaycanlının hamısı Qırmızı Xaç cəmiyyətinin siyahısında yer alıbmış. Ona görə də ermənilər məcbur qalaraq öldürülən 8 nəfərin nəşlərini Azərbaycana təhvil verməli olmuşdular.

Onlar iddia edirdilər ki, sözügedən şəxslər guya qaçış zamanı öldürülmüşdü. Ancaq Böyük Britaniyanın Dandi Universitetinin pataloqu Derrik Paunder bu iddiaları təkzib edən faktları sadalayıb.

O bildirib ki, öldürülənlərin üzərində işgəncə izləri var idi. Onların altısı birbaşa başlarından atəş açılaraq öldürülmüşdü. Öldürülən üç nəfərlə bağlı təkzibedilməz dəlillər isə ondan ibarət idi ki, tapançanın lüləsi onların başlarına dirəndikdən sonra atəş açılmışdı. Əsgərlərdən biri isə yaxın məsafədən sinəsinə atəş açılaraq öldürülmüşdü.

Həmçinin yoxlayın

Təbrizin Başmaqçı bazarında yanğın baş verib

GADTB: İyulun 13-də Təbrizin Başmaqçı bazarında yerləşən mağazalardan birində elektrik generatorunun alışması nəticəsində yanğın baş …

“New York Times”: Əhmədinejad İsrailin onu hakimiyyətə gətirməsi üçün “Mossad” rəhbəri ilə görüşüb

GADTB: İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. …