Cümə axşamı , Dekabr 26 2024
azfa

1 milyon insan müstəqillik şüarları ilə Kataloniyada küçələrə axışdı- video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Barselona şəhərində təxminən 1 milyon katalon milli bayramları olan “La Diada” nı qeyd etmək üçün küçələrə axışıb.

Kataloniya prezidenti Quim Torra bu bayramı bir tarix kimi dəyərləndirib. O, öz çıxışında azadlıq istədiklərini bəyan edib.

Barselona meydanlarına yığışan katalonlar isə müstəqillik şüarları səsləndirərək,  himnlər oxuyublar.

Tədbirin təşkilatçıları mitinqdə iştirak etmək üçün 460 min insanın rəsmi qeydiyyatdan keçdiyini açıqlayıblar.

Lakin hüquq mühafizə orqanları hər il olduğu kimi, bu il də azı 1 milyon insanın mitinqdə iştirak etdiyini bildiriblər.

 

Həmçinin yoxlayın

Güney Azərbaycandan qaşqay türklərinə dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycan Ərdəbildən olan milli fəalları İran …

Güney Azərbaycandan Azərbaycana başsağlığı: “Başın sağ olsun!” – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya şəhərinin Bələdiyyəsinin Voleybol komandasının tərəfdarları təyyarə qəzası …

Bir cavab yazın