Cümə axşamı , Oktyabr 29 2026
azfa

Rejimin məmurları Parsabadda azərbaycanl fəalı Səccad Monadinin evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin məmurları sentyabr ayının 12-də Muğanın Parsabad şəhərində azərbaycanlı milli-mədəni fəalı Səccad Monadini yaxalamaq məqsədilə onun ata evinə hücum edib.

Azərbaycanlı milli-mədəni fəalı Səccad Monadi evdə olmadığına görə, rejimin məmurları fəalı yaxalaya bilməyiblər.

Məmulata görə, irqçi fars rejimin Parsabad şəhərində yerləşən ETTELAAT İdarəsinin rəisi Həzrəti də azərbaycanlı fəalı yaxalamaq üçün keçirdikləri əməliyyatda iştirak edib.

Rejimin ETTELAAT İdarəsinin məmurları Səccad Monadinin ata evində axtarış aparmış və fəala aid kompüter, flash kart, pasport və milli kartı müsadirə edərək, özləri ilə aparıblar.

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …

Bir cavab yazın