Şənbə , Oktyabr 17 2026
azfa

100-ə yaxın təşkilat BMT-dən edamlara görə İrana təzyiq göstərilməsini tələb edib

GADTB: 80-dən çox beynəlxalq insan haqları təşkilatı bəyanat yayaraq BMT-dən narkotiklərlə bağlı çoxsaylı edamlara görə İran hökumətinə təzyiq göstərməyi, edamları dayandırmaq üçün BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsi ilə Tehran arasında əməkdaşlığı davam etdirməyi istəyib.

Məlumata görə, təşkilatların birgə bəyanatında yazılıb:

“Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə İran hökuməti ilə əməkdaşlıq edən BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsi narkotik_cinayətləri ilə bağlı edamların kəskin artmasına heç bir reaksiya göstərməyib. Bu idarə ötən il İran ilə yeni əməkdaşlıq sazişi imzalayıb”.

Qeyd edək ki, bu yaxınlarda Beynəlxalq Əfv Təşkilatı 2023-cü ildə İranda 853 nəfərin edam edildiyini bildirib və bunu son 8 ildə görünməmiş edam statistikası hesab edib./ Azad İran

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …