GADTB-nin Mətbuat Mərkəzinin “AZƏRTAC”a istinadən yaydığı məlumata görə forum noyabr ayının 20-də Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.
Ətraflı oxu »Aylıq Arxivlər: Noyabr 2017
İraq ordusu İŞİD-in işğalda saxladığı son bölgə olan Ravanı azad edib
GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, bu gün səhər İŞİD terror qruplaşmasının İraqda nəzarətdə saxladığı son bölgə olan Ravaya üç istiqamətdən həlledici hücuma keçən İraq qüvvələri şəhəri terrorçulardan tam azad edib. Məlumata görə, İraq ordusu və “Həşd Əş-Şaabi” qruplaşması apardığı əməliyyat artilleriya atəşləri ilə müşayiət olunub. Koalisiya təyyarələri şəhəri …
Ətraflı oxu »İrqçi paniranistlər yenə “ölüm olsun türkə” şüarı səsləndirib – video
GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Urmiya Bələdiyəsinin Voleybol komandası ilə Amolun Kale Voleybol Komandası arasında Amolda keçirilən yarışda Amolun Kale komandasının tərəfdarları İran adlanan ölkənin əsarətində yaşayan türk millətini təhqir ediblər. Onlar yarışda “ölüm olsun türkə” şüarı səsləndiriblər. GADTB-nin məlumatına görə, bu irqçi şüar stadionda olan məsul şəxslərin …
Ətraflı oxu »Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizi vəhşicəsinə talan edir
GADTB-nin Mətbuat Mərkəzinin “APA” xəbər agentliyinə istinadən yaydığı məlumata görə bu barədə Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü tərəflər konfransının yüksək səviyyəli seqmentinin plenar iclasında çıxış zamanı məlumat verib.
Ətraflı oxu »Şimali QıbrısTürk Cümhuriyyətinin 34 illiyi Bakıda da qeyd olundu
GADTB-nin Mətbuat Mərkəzinin “Müsavat” saytına istinadən verdiyi xəbərə görə, noyabrın 15-də Bakıda “Boulevard Hotel”də Şimali Qıbrıs Türk Cümhuriyyətinin yaranmasının 34 illiyinə həsr edilmiş tədbir keçirilib. Təntənəli mərasimdə millət vəkilləri, diplomatlar, ziyalılar, media mənsubları, Diasporla iş üzrə Dövlət Komitəsinin rəhbərliyi və digər çoxsaylı qonaqlar iştirak edib. Əvvəlcə Azərbaycanın əməkdar artisti Tünzalə …
Ətraflı oxu »Urmiyada türk fəallar Rəhman Qasimi və Sasan Fəramərzi saxlanılıb
GADTB-nin Mətbuat Mərkəzinin “Mikrofonnews” saytına istinadən yaydığı məlumata görə, çərşənbə günü noyabr ayının 15-də İran adlanan ölkənin təhlükəsizlik qüvvələri azərbaycanlı milli-mədəni fəallar Rəhman Qasimi və Sasan Fəramərzini yaxalayaraq, naməlum istiqamətə aparıblar. Hələlik fəalların necə və nə səbəbə görə yaxalandığı barədə heç bir məlumat yoxdur.
Ətraflı oxu »Terrorçu kürd təşkilatları PJAK və PKK Azərbaycan türklərini oğurlamaqla pul qazanır
GADTB-nin Mətbuat Mərkəzinin “Nedayeurmia” saytına istinadən yaydığı məlumata görə, terrorçu kürd təşkilatları olan PJAK və PKK Qərbi Azərbaycan vilayətinin Maku məntəqəsinin bir sakinini oğurlayıb, ailəsinin 40 milyon tümən pul verməsi qarşılığında sərbəst buraxacaqlarını deyiblər.
Ətraflı oxu »Ermənistan parlamenti qarşısında tələbələrlə polis arasında qarşıdurma olub
GADTB-nin mətbuat mərkəzinin “APA” xəbər agentliyinə istinadən yaydığı məlumata görə Ermənistanda hərbi xidmətdən möhlət hüququnun ləğvinə etiraz edən tələbələrlə polis əməkdaşları arasında toqquşma başlayıb. Məlumata görə, parlament binasına tərəfinə irəliləyən etirazçılar yolu bağlayıblar.
Ətraflı oxu »Şəhriyar şəhərinin məktəblərində Qaşqay türklərinin geyim və mədəniyyəti təqim edilib
GADTB-nin Mətbuat Mərkəzinin “Qashqaionline” saytına istinadən yaydığı məlumata görə, keçmişdə Qaşqay elinin milli geyimi ilə dərs sinifində dərs keçən və Qaşqay türklərinin mədəniyyətini tanıdan qaşqay müəllimə Fatimə Mehdipur Şəhriyar şəhərinin məktəblərinə dəvət olunub.
Ətraflı oxu »Ərdəbil vilayəti qazdan boğulma hallarına görə birinci yerdədir
GADTB-nin Mətbuat Mərkəzinin İran adlanan ölkənin saytlarına istinadən yaydığı məlumata görə, Ərdəbil vilayəti qazdan boğularaq ölmə hallarına görə birinci yerdədir. Bu barədə İran Milli Qaz Şirkətinin rəisi Məhəmmədrza Yusifipur açıqlama verib.
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi