Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

İrqçi paniranistlər yenə “ölüm olsun türkə” şüarı səsləndirib – video

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Urmiya Bələdiyəsinin Voleybol komandası ilə Amolun Kale Voleybol Komandası arasında Amolda keçirilən yarışda Amolun Kale komandasının tərəfdarları İran adlanan ölkənin əsarətində yaşayan türk millətini təhqir ediblər. Onlar yarışda “ölüm olsun türkə” şüarı səsləndiriblər.

GADTB-nin məlumatına görə, bu irqçi şüar stadionda olan məsul şəxslərin və nizam-intizam komitəsinin də qətiyyən etirazına səbəb olmayıb. Bu qanunsuz və irqçi hərəkət sankı İran rəsmilərinin də ürəyincədir.

Qeyd edək ki, son dövrlərdə fars rasizmi həddi aşıb və açıq şəkildə farslar və panfarsist şəxslər Azərbaycan türklərini təhqir edirlər. Bu isə həm də İran adlanan ölkədə cəmiyyətin parçalandığını açıq şəkildə göstərir. Lakin türk milləti daha ayıq və hazır olmalıdırlar ki, bu prosesin davamında Bosna-hersek və Xocalıda törədilən hadislər onların başına gəlməsin.

Amolun Kale komandasının tərəfdarlarının türkləri təhqir etdiyi video

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …