GADTB-nin “AZƏRTAC” xəbər agentliyinə istinadən verdiyi məlumata görə,İsrailin Təl-Əviv şəhərindəki “Medial” nəşriyyatında “Ağrı” bədii-sənədli romanı ingilis dilində çapdan çıxıb. Əsərdə Azərbaycan Respublikasının Xocalı şəhərində 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən törədilmiş soyqırımı aktının dəhşətli nəticələrindən bəhs olunur.
Ətraflı oxu »Aylıq Arxivlər: Noyabr 2017
Vərziğanlılar Əndərian Qızıl mədənində ekoloji fəlakətə etiraz edir
GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, bazar günü Əndərin kəndində yerləşən qızıl mədəninin törətdiyi ekoloji fəlakətə ətraf kəndlərin əhalisi etiraz edib. Qızıl mədəninin qarşısına toplaşan Azərbaycan türkləri bu mədəndi idarə edən podratçı şirkətin istehsal üçün zəhərli sianor maddəsindən düzgün istifadə etmədiyini və ekoloji fəlakətə səbəb olduğunu qeyd edirlər. Məlumata …
Ətraflı oxu »Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edən İranın yalanı ifşa oldu
GADTB-nin Mətbuat Mərkəzinin məlumatına görə, İran adlanan ölkə Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını bildirsə də, əslində bu ölkənin bir neçə saytı və hətta xəbər agentliyi “Dağlıq Qarabağa səfərin qaydaları” başlığı altında Azərbaycanın işğal olunmuş ərazilərinə tur səfərini təbliğ edir.
Ətraflı oxu »Ərdəbilin kənd evlərinin 84 faizi zəlzələyə az davamlı və ya davamsızdır
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbilin Məskən Fondunun baş direktoru Fərhad Sübhani bu barədə açıqlama verib. O qeyd edib ki, Bütün Ərdəbil vilayətində 119 min 387 kənd evi mövuddur. 2016-cı ilin statistikasına əsasən onlardan 84 faizi yəni 100 min 285 evin az davamlı və ya davamsız olduğu müəyyənləşdirilmişdir. …
Ətraflı oxu »İran rejimi Qərbi Azərbaycanda kürd terrorçuları dövlət vəzifələrinə təyin edir
GADTB-nin Mətbuat Mərkəzinin “Araznews” saytına istinadən yaydığı məlumata görə İran adlanan ölkənin islahatçıları Qərbi Azərbaycana kürd vali təyin etdikdən sonra başqa vəzifələrə də bu bölgəyə köçən kürdləri təyin etməyə çalışırlar.
Ətraflı oxu »Süleymaniyyə və Kermanşahda baş verən zəlzələ Güney Azərbaycanı da titrədib
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqda Süleymaniyyə məntəqəsində 7,2 bal, Kirmanşahda isə 7,3 bal gücündə dəhşətli zəlzələ baş verib. Zəlzələ bir çox vilayətləridə, o cümlədən Mərkəzi əyalət, Həmədan, Şərqi və Qərbi Azərbaycanda hiss edilib. Zəlzələ Təbriz şəhərində 4,9 bal gücündə özünü göstərib. Təbrizdə, Urmiyada və başqa Azərbaycan şəhərlərində …
Ətraflı oxu »İran Bəhreyndə neft kəmərini partlatdığı təkzib edib
GADTB-nin Mətbuat Mərkəzinin İran adlanan ölkənin mətbuatına istinadən yaydığı məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi Bəhreynin İranın bu ölkənin neft kəmərini partlatdığına dair ittihamını rədd edərək, bildirib ki, Bəhreynin rəsmi şəxsləri istənilən hadisədən sonra günahı İranın üzərinə yıxmaq istəyirlər.
Ətraflı oxu »Qərbi Azərbaycan vilayətində iqtisadi tənəzzül və işsizlik hökm sürür
GADTB-nin Mətbuat Mərkəzinin “Uromnews” saytına istinadən yaydığı məlumata görə, Urmiya Universitetinin İqtisad fakültəsinin Elmi Şurasının üzvü Yusif Məhəmmədzadə Qərbi Azərbaycan vilayətinin yüksək iqtisadi potensiala malik olmasına baxmayaraq, burada iqtisadi tənəzzül və işsizliyin hökm sürdüyünü bildirib.
Ətraflı oxu »GADTB-nin Xarici Əlaqələr Departamentinin sədri Mikayil Oytanın Avstraliyada Atatürkün 79-cu ildönümü mərasimində iştirakı-Şəkil və video
GADTB-nin Mətbuat Mərkəzinin məlumatına görə 2017-ci il noyabr ayının 10-da Avstraliyada Türk Dünyasının böyük öndəri Mustafa Kamal Atatürkün 79-cu ildönümü münasibətilə mərasim keçirilib. Türkiyənin Avstraliyada baş konsulu və s. rəsmilərinin də iştirak etdiyi anım mərasimində GADTB-nin Xarici Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta və GADTB-nin Maliyyə Departamentinin sədri sayın Sima …
Ətraflı oxu »GADTB-nin başqanı sayın Əjdər Tağızadə Əhməd Nisinin terror edilməsi münasibətilə başsağlığı məktubu ünvanlayıb
GADTB-nin Mətbuat Mərkəzinin məlumatına görə, Güney Azərbaycan Demokratik Türk birliyinin (GADTB) başqanının “Ələhvaz Azadlıq Hərəkatı”nın liderlərindən Əhməd Nisinin İran rejimi tərəfindən terror edilməsi münasibəti ilə Əhməd Nisinin ailəsinə, “Ələhvaz Azadlıq Hərəkatı”na və Ələhvazın ərəb xalqına baş sağlığı məktubu ünvanlayıb. Başsağlığı məktubunda yazılıb: Böyük Ələhvaz ərəb milləti! “Ələhvaz Azadlıq Hərəkatı”nın liderlərindən …
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi