Aylıq Arxivlər: Avqust 2021

Azərbaycanlı milli fəallar Saleh İkrami və Babək Rzayi girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli fəalar Saleh İkrami və Babək Rzayi avqustun 22-də 500 milyon tümənlik girov qarşılığında zaminə buraxılıb. Qeyd edək ki, hər iki azərbaycanlı fəal iyulun 27-də, Tehranın Nəsimşəhr bölgəsində İran rejiminin ETTELAAT məmurları tərəfindən öz iş yerlərində yaxalanmışdılar. …

Ətraflı oxu »

Ermənistan Qazax istiqamətində sərhəddən əhalini köçürür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan Dilican (Tavuş) bölgəsinin Azərbaycanla sərhəddə yerləşən kəndlərindəki əhalinin evakuasiya edilməsi proqramını hazırlayıb. Bölgənin qubernatoru Hayk Galumyanın avqustun 19-da qəbul etdiyi qərarda evakuasiya ediləcək əhalinin sayının, ərzaq tədarükünün və əsas ehtiyaclarının hesablanması, yaş qruplarına bölünməsi, bölgənin digər ərazilərində müvəqqəti və uzunmüddətli yaşayış yerlərinin, …

Ətraflı oxu »

Əfqanıstan Türklərinin milli ideoloqu Azad bəy Kərimoğlu

GADTB: Ata tərəfdən Özbək türkü, ana tərəfindən Xokand xanlarından Dudayar xanın nəvəsi Azad bəy Kərimoğlu tarixi-siyasi səbəblər üzündən Pakistanda anadan olmuş, orta təhsilini orada başa vurduqdan sonra Pakistan Lahor Universitetinin hüquq fakultəsini bitirib vəkil kimi fəaliyyətə başlamışdır. Atası Varis Kərimi Özbəkistanda anadan olmuş, Moskva Tibb İnstitutunu bitirdikdən sonra II Dünya …

Ətraflı oxu »

İranın iş elanları saytı Qarabağı Ermənistan ərazisi kimi təqdim edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda iş elanları saytı Azərbaycanın Qarabağ bölgəsində tikinti işlərinə işçi qəbulu ilə bağlı dərc etdiyi elanda Ermənistan ərazisi kimi təqdim edib. Elanda Ermənistanın Qarabağ bölgəsində aparılan tikinti işləri ilə bağlı bir neçə bacarıqlı və yarıpeşəkar armator ustasının tələb olunduğu bildirilir. Bütün xərclərin şirkət …

Ətraflı oxu »

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Əbülfəz Elçibəyin vəfatının ildönümü münasibətilə bildirişi

GADTB: Bu gün Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, Bütov Azərbaycan İdeyasının banisi, böyük şəxsiyyət və Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin vəfatının ildönümüdür. Əbülfəz Elçibəy Quzey və Güney Azərbaycanın milli oyanışı və Bütöv Azərbaycan ideyasının yayılmasında müstəsna xidmətləri olmuşdur. Əsasən ikiyə bölünmüş Azərbaycanın quzeyi və güneyi terminləri də bu dahi Azərbaycan …

Ətraflı oxu »

Çavuşoğlu “Krım platforması” ilə bağlı Ukraynaya gedir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Krım platforması” sammitində iştirak edəcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, bu məqsədlə nazir avqustun 23-də Ukraynaya səfər edəcək. “Krım Platforması” sammitində 44 ölkə və beynəlxalq təşkilatların rəsmilərinin iştirakı planlaşdırılır.

Ətraflı oxu »

Radiofərdadan İran rejiminin həbs etdiyi Şahin Bərzgər barədə proqram-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Radiofərda irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgər barədə proqram yayıb. Proqramda Şahin Bərzgərin tərcümeyi-halı təqdim edilib. Proqramda bildirilir ki, Şahin Bərzgər 29 yaşında  öyrəncidi və Təbrizdə yaşayır. O son illərdə dəfələrlə yaxalanaraq, həbs edilmişdi. Şahin Bərzgər Azad İslam Universitetində …

Ətraflı oxu »

Azərbaycanlı siyasi məhbus Tohid Əmirəmini girov qarşılığında nəzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Tohid Əmirəmini avqustun 21-də Tehranın Evin zindanından 350 milyon tümən girov qarşılığında 15 günlük məzuniyyətə buraxılıb. Qeyd edək ki, Tövhid Əmirəmini 2019-cu il fevralın 20-də Tehranda Dünya Ana Dili Günü ilə bağlı poster payladığı üçün irqçi fars rejim tərəfindən yaxalanıb. …

Ətraflı oxu »

BMT Güney Azərbaycandan olan alim Əhmədrza Cəlalinin vəziyyətindən narahatlığını bildirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Birləşmiş Millətlər Təşkilatının İran üzrə xüsusi təmsilçisi Cavid Rəhman İranda insan haqları sahəsində vəziyyətin daha da pisləşdiyini qeyd edərək, Tehranın Evin zindanında həbsdə saxlanılan İsveç-İran vətəndaşı olan Güney Azərbaycandan olan alim Əhmədrza Cəlalinin durumundan narahatlığını bildirib. Cavid Rəhman həmçinin hesabatında azərbaycanlı siyasi məhbuslar …

Ətraflı oxu »

Türkiyə və Pakistan birlikdə zərbə PUA-ları hazırlayacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin TUSAŞ şirkətiylə Pakistanın NESCOM kompaniyası arasında pilotsuz uçan aparatların modernləşdirilməsi və işlənməsi barədə kontrakt imzalanıb. Bu məlumatı “Anadolu” agentliyi yayıb. Məlumata görə, sənəd İDEF-2021 sərgisi zamanı imzalanıb. Razılaşmaya əsasən, tərəflər ANKA PUA-larının birgə təkmilləşdirilməsini həyata keçirəcəklər.

Ətraflı oxu »